Terror qruplaşmalarının dinc sakinlərə qarşı həyata keçirdiyi hücumların qəbul edilən heç bir tərəfi yoxdur.
Onları dayandırmaq məsuliyyəti Rusiya və ABŞ-ın üzərinə düşür.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.
“Rusiya və ABŞ razılaşma üzrə öhdəliklərini icra etməlidir. Bu yöndə yenidən onlara çağırış edirik”, - deyə Qalın bildirib.
Qalın əlavə edib ki, Ərdoğan NATO sammitinə ciddi hazırlıq görərək yollanacaq.