Nurməhəmmədovun atası ikinci dəfə evlənir: "Üçüncünü hələ bilmirəm"

Nurməhəmmədovun atası ikinci dəfə evlənir: "Üçüncünü hələ bilmirəm" backend

Dünya şöhrətli MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası ikinci dəfə evllənməyə hazırlaşır.

Dünya şöhrətli MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası, rusiyalı məşqçi Əbdülmanaf Nurməhəmmədov "Mir" telekanalına verdiyi müsahibədə bildirib ki, o, ikinci dəfə evllənməyə hazırlaşır.

"Mənim bir arvadım var, ikinci evlilik planlaşdırıram. Üçüncü...bilmirəm. Allah kişilərə buyurub ki, iki, üç, dörd arvad alın. Bir arvad əlildə də ola bilər. Qadınlara hörmətlə yanaşmaq lazımdır" - deyə böyük Nurməhəmmədov qeyd edib.

Ə.Nurməhəmmədov Rusiyanın əməkdar məşqçisidir. O ən uğurlu mütəxəssis kimi Rusiyanın rekordlar kitabına düşüb. Məşqçi öz karyerası boyu müxtəlif döyüş növləri üzrə 18 dünya çempionu hazırlayıb.

Xatırladaq ki, Rusiyada qüvvədə olan qanuna görə vətəndaş bir nəfərlə nikahda ola bilər.