“Avtomobil yolu bağlamaq üçün yox, istifadə etmək üçündür”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.“Xalqın gündəlik həyatına problemlər yaradanlar, asayişi pozanlar və yol bağlayanlar haqqında ölçü götürülməlidir. Xalqın haqqı olan etirazından sui-istifadə edilir, soyuq silahla insanlara, banklara, polis mərkəzlərinə və telekanallara hücum edilir. Bu, dözülməzdir. Məhkəmə baş verənləri qanun çərçivəsində araşdırmalıdır”, - deyə İran Prezidenti vurğulayıb.