Oxuduğu romanın yazarıyla ərinin eşq yaşadığını öyrənən qadın boşanmaq üçün məhkəməyə müraciət edib və 100 min lirə təzminat istəyib.
Məhkəmə, yaşadığı evin zərərçəkmiş qadına verilməsi barədə qərar çıxarıb.Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbulda yaşayan 2 uşaq anası Funda Gümüş (36) yazıçı Ayşən İlgının "Bütün yollarım sənə çıxır" adlı romanını oxuyarkən əri Uğur Gümüşün əlamətlərinin yazıldığını öyrənib.
İddiaya görə, Funda Gümüş və uşaqlarının yaşam tərzinin təsvir olunduğu romanda evli adamla yazıçı arasında gizli sevgi yaşandığı bildirilir. Buna görə boşanma iddiası qaldıran Funda Gümüş 100 min lirə, uşaqları üçün ayrıca 3 min lirə təzminat istəyib. Qadın kitabda əlinin tərləməsindən, ərinin boyunun uzunluğu, getdiyi kafeyə qədər hər şeyin qeyd edildiyini bildirib. Ərini sevgilisi ilə öz evində zina etməkdə günahlandıran Funda Gümüş televizordan, yerdəki xalçaya, divar kağızına qədər evin bütün detallarının romanda yer aldığını qeyd edib.
Gənc qadın əri ilə yazar sevgilisinin sosial media hesablarında eyni yerdə və məkanlarda paylaşdıqları şəkilləri də dəlil olaraq məhkəməyə təqdim edib.
Cütlük məhkəmənin qərarı ilə boşanıb, oturduqları ev Funda Gümüşə və uşaqlarına verilib.