2014-cü ildən dəqiq başa düşdüm ki, düşmənin adı 5 hərfdən ibarətdir – Rusiya (Ukrayna dilində bu söz “Росія” şəklində yazılır).
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Müdafiə naziri Andrey Zaqorodnyuk deyib.“Əgər düşmən Rusiyadırsa, o zaman düşmənlə ya silahın, ya da diplomatların dili ilə danışırlar. Moskva ilə maliyyə-iqtisadi münasibətlər imkansızdır. Kiyev NATO-ya bütün səviyyələrdə inteqrasiya üçün mümkün olan hər şeyi etməlidir”, - nazir bildirib.