Türkiyə və Rusiyanın Suriyada keçirdikləri patrul xidməti zamanı zirehli maşınlar yenidən daşlanıb. Həmin anlar kameraya düşüb
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, “Barış Pınarı“ Hərəkatının ardından Türkiyə və Rusya arasında olan razılaşmaya görə hər iki tərəfdən olan əsgərlər birgə patrul xidməti keçirlər.Dünən bu xidmətin 5-cisi icra edilib. Lakin terror təşkilatı YPG-nin dəstəkçiləri hər dəfə zirehli maşınları daşa basırlar.
Dünən də Türkiyə və Rusiya əsgərlərinin olduğu zirehli maşınlar daşa basılıb. Bunu rusiyalı əsgərlər zirehli maşının içindən görüntüyə alıblar.