QAZİLER.AZ saytının Euronyusa istinadən verdiyi məlumata görə, fələstinli fəallar və polis arasında Yerusəlimdə işıq festivalına qarşı etiraz qarşıdurması baş verib. Bayram bu il iyunun 3-dən 11-kimi Qədim şəhərdə keçirilir.
Toplanan bir neçə yüz fələstinli festivalın qarşısını almaq istəyib lakin, İsrail təhlükəsizlik qüvvələri fələstinliləri, həmçinin, qadın və uşaqlara qarşı səsli bomba və fiziki gücdən istifadə edərək onları uzaqlaşdırıb. Bir neçə mənbənin verdiyi məlumata görə, toplaşanlar polislərə daş və butılka atıb.Hər il bu bayramı görmək üçün dünyadan 100.000 -ə yaxın turist bura gəlir. Lakin fələstinlilər Məbəd dağının yanında bayramın keçirilməyinə qarşıdılar.