QAZİLER.AZ saytının Evronyusa istinadən məlumatına görə, son aylarda Ukraynanın cənub-şərqində artıq ikinci gündür ki, Ukrayna silahlı qüvvələri və separatçı qüvvələri arasında ciddi toqquşma gedir. Tərəflər bir-birlərini Minsk sazişini pozmaqda ittiham edir.
ATƏT-in məlumatına görə, iki ukrayna əsgəri öldürülüb, 40-a yaxın əsgər yaralanıb.Medianın məlumatına görə, separatçıların sıralarında itki olub. Döyüşlər Donetsk mərkəzinə 20 km yaxın məsafədə Maryinka kəndində gedir. Hərbi əməliyyatların yenilənməsiylə əlaqədar dinc əhali arasında qurbanlar olub. Luqansk ətrafında iki pensiaçı yüngül avtomobildə atışmaya düşərək, həlak olub.
ABŞ höküməti Rusiyada vəziyyətin pisləşməsi ilə əlaqədar məsuliyyəti onların üzərinə atıb. Moskvanın rəyinə görə, Minsk sazişinin kim tərəfindən ləğv edilməsinə ATƏT qərar verməlidir.