İmamoğlu Merkellə Berlin divarının sökülməsi ilə bağlı tədbirdə...

İmamoğlu Merkellə Berlin divarının sökülməsi ilə bağlı tədbirdə... backend

Hazırda Almaniyada olan İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Almaniya kansleri Angela Merkel ilə söhbət edərkən görüntülənib

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Almaniyaya gedən Əkrəm İmamoğlu bu gün Berlin divarının sökülməsinin ildönümü ilə bağlı keçirilən tədbirlərə qatılıb.

Əkrəm İmamoğlu burada Almaniya kansleri Angela Merkel ilə ayaqüstü söhbət edərkən obyektlərə tuş gəlib.

İBB Başkanı Əkrəm İmamoğlu, özünün Twitter hesabında bununla bağlı bildirib: "Merkel ilə söhbət etdik, ona 16 milyonluq istanbullunun salamını çatdırdım və şəhərimizə dəvət etdim".