Suriyanın şimalındakı Tel Abyad rayonunda terror təşkilatı YPG-yə məxsus silah-sursat məhv edilib
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, silah-sursat Türk Silahlı Qüvvələri tərəfindən aşkar edilərək məhv edilib.Bölgədə aparılan son axtarışlar zamanı 32 ədəd Rusiya istehsalı ”katyuşa”, Amerika istehsalı olan 18 ədəd 82 millimetrlik ”havan”, 221 ədəd 106 millimetrlik ”havan” və 14 ədəd 120 millimetrlik ”havan”, ümumilikdə 285 sursat ələ keçirilib.


