Rusiya Notr-Dam kilsəsinin bərpasında Fransaya kömək edəcək

Rusiya Notr-Dam kilsəsinin bərpasında Fransaya kömək edəcək backend

Rusiya Prezidentinin Beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Fransa Notr-Dam kilsəsinin yanğından sonra bərpasında iştirak etmək üçün Rusiya nümayəndələrini da dəvət edəcək.

Qaziler.az bildirir ki, Putinin nümayəndəsi bunu RİA Novosti-yə bildirib.

Şvidkoy qeyd edib ki, dövlətlərarası danışıqlar ilboyu davam edib. Onun sözlərinə görə, Rusiya tərəfi kilsənin bərpası üçün özü qarşı tərəfə kömək təklif edib. "Parisin bu təklifi qəbul etməsi isə rus elminə verilən dəyərin nümayişidir". Nümayəndə belə hesab edir.

Qeyd edək ki, bu qədim kilsədə bu il aprelin 15-də gecə saatlarında yanğın olmuş, alov yalnız səhər tezdən söndürülə bilmişdi. Nəticədə 3 nəfər xəsarət almışdı. Fransa Prezidenti Emmanuel Makron kilsəni bərpa edəcəyinə söz vermişdi.