Suriyadakı ABŞ bazasında artıq Rusiya bayrağı dalğalanır - FOTO

Suriyadakı ABŞ bazasında artıq Rusiya bayrağı dalğalanır - FOTO backend

ABŞ ordusunun Suriyadan çəkilmə qərarının ardından onların boşaltdığı yerlərə Rusiya bayrağı sancılıb

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Donald Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı qərarından sonra ABŞ ordusunun işğal etdiyi bir çox nöqtə və hərbi baza boşaldıldı. Rusiya bundan sonra ABŞ-ın boşaltdığı əraziyə yerləşməyə başlayıb.



Bu gün Rakkanın şimalında olan Ayn-İsa qəsəbəsində yerləşən, boşaldılmış ABŞ hərbi bazasına Rusiya əsgərləri daxil olub.



Rus hərbi qaynaqlarında yer alan məlumata görə ABŞ-ın boşaltdığı bazada Rusiya bayraqları sancılıb və eyni zamanda buraya rus ordusuna aid çox sayda zirehli maşın və hərbi avadanlıq gətirilib.