İraqda etirazçılar ölkənin əsas dəniz limanına nəzarəti ələ keçirdilər

İraqda etirazçılar ölkənin əsas dəniz limanına nəzarəti ələ keçirdilər backend

İraqda nümayişçilərin polis və hərbçilərlə şiddətli toqquşmaları ölkənin əsas dəniz limanına - Um Qasra çatıb.

“Qafqazinfo” xəbər verir ki, etirazçılar əvvəlcə limana aparan bütün yolları bağlayıb, sonra nəzarətə götürüblər.

Baş nazirin mitinqi dayandırmaq çağırışlarına və istefa vədinə baxmayaraq, iğtişaşlar sakitləşmək bilmir.

Xatırladaq ki, 1 oktyabrdan İraqda kütləvi xalq etirazları keçirilir. Etirazlar zamanı yüzlərlə insan öldürülüb.

Nümayişçilər həyat şəraitinin yaxşılaşdırılmasını, işsizliyə və korrupsiyaya son qoyulmasını, hökumətin istefasını tələb edirlər.