"Ərəb koalisiyası"nın bombardmanı nəticəsində Yəmən üsyançıları ağır zərbə alıblar. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bunu husi-şiə birləşmələrinin komandanlığı da təsdiqləyib. 20 üsyançının öldüyü bildirilir.
Aviazərbələr husilərin maşın karvanına endirilib. Paytaxt Sənada bir neçə ev dağılıb. Mülki əhali arasında da itki var, 8 nəfər ölüb, 6-sı yaralanıb. "Onlar dinc sakinləri niyə bombalayırlar? Bizdə silah var? Onlar sadəcə insan öldürmək niyyətindədirlər" - deyə paytaxt sakini bildirib.Bu arada BMT TŞ tərəfləri yenidən "humanitar atəşkəs"ə dəvət edib. Onlar bunu Ramazan ayı ilə əlaqələndiriblər.