Türkiyədə 5 min lirə maaşla çoban tapılmamasına görə Əfqanıstandan 150 min nəfərin gətirilməsi üçün danışıqlara başlanılıb
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Damazlıq Qoyun Keçi Yetişdiriciləri Mərkəzi Birliyinin (TÜDKİYEB) prezidenti Nihat Çelik 5 min lirə maaş ödənilməsinə baxmayaraq çalışdırılacaq çoban tapa bilmədiklərindən şikayətləndi.Kiçikbuynuzlu heyvandarlıq sektorunun məsələlərini və gündəmə dair mövzuları bir qrup jurnalistə dəyərləndirən Çelik: "Türkiyədə çoban məsələsi həll olunmadan kiçikbuynuzlu heyvan sektorunun problemləri çözülə bilməz. İnsanlar heyvandarlıqla məşğul olmaq istəsə də çoban mövzusu həllini tapmır. Otlaqlarımız, coğrafiyamız və iqlim şəraitimiz kifayət edir. Lakin çoban tapa bilmədiyimizə görə heyvandarlıqla məşğul ola bilmirik. Hal-hazırda 150 min çobana ehtiyacımız var. Bunun üçün Əfqanıstandan çoban idxal etmək istəyirik"- dedi.