Suriyanın Türkiyə ilə sərhədində yerləşən Təl Abyad şəhərində baş verən terror aktı nəticəsində ölənlərin sayı artıb.
Terror nəticəsində ölənlərin sayı 13-ə, yaralananların sayı isə 20-yə çatıb.***
17:52
Suriyanın Türkiyə ilə sərhədində yerləşən Təl Abyad şəhərində terror aktı törədilib.
Təl Abyad şəhərində bazarda törədilən partlayış nəticəsində ən azı on mülki vətəndaş həlak olub.
Ölənlər arasında uşaqların olduğu qeyd olunur.
Yaralılar Şanlıurfa vilayətinin Akçakale rayonundakı xəstəxanlara yerləşdirilib. Ölü sayının artacağı istisna edilmir.
Bölgədəki Suriya Milli Ordusunun (SMO) əsgərləri partlayışın YPG/PKK terror qruplaşması tərəfindən törədildiyini ehtimal edir. (Apa)