QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 65-ə çatıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 26 nəfərin öldüyü bildirilirdi.
Hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir. Əməliyyata 180-i dalğıclar olmaqla 4 min nəfər, 110 gəmi, 5 helikopter və İL-76 təyyarəsi cəlb edilib.Son məlumatlara əsasən, Nankin şəhərindən Çuntsinə yollanan gəminin göyərtəsində 456 nəfər olub. İnsanların böyük əksəriyyəti itkin düşmüş hesab edilir.