Trampın impiçmentini dəstəkləyən qətnamə qəbul edildi

Trampın impiçmentini dəstəkləyən qətnamə qəbul edildi backend

ABŞ Konqresinin aşağı palatası Prezident Donald Trampın impiçmenti məsələsi üzrə demokratların başlatdığı təhqiqat prosedurunu dəstəkləyən qətnaməni bəyənib.

Azvision.az TASS-a istinadən xəbər verir ki, qətnamənin lehinə 232, əleyhinə 196 qanunverici səs verib.

Trampın impiçmenti məsələsinə baxılarkən partiya mənsubiyyəti üzrə fikir ayrılığı yaranıb. Belə ki, respublikaçılar qətnamənin əleyhinə (194 səs, 3 nəfər səsvermədə iştirak etməyib), demokratlar lehinə (231 nəfər, 1 nəfər səsvermədə iştirak etməyib) səs veriblər. Demokratlarla birlikdə daha bir müstəqil qanunverici də qətnaməni dəstəkləyib.