İsrail Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr fələstinli silahlıların raket atəşinə cavab olaraq Qəzza zolağına zərbələr endirib.
QAZİLER.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail müdafiə ordusunun mətbuat xidməti məlumat yayıb.Bundan əvvəl Qəzza zolağından İsrailin cənub ərazisinə 3 raket zərbəsi endirilib. Raket zərbəsinə İsrailin cənubundakı Aşkelon və Netivot şəhərləri məruz qalıb.
Hər iki tərəfdə ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd olunur ki, hücuma görə məsuliyyəti “Ömər briqadası” qruplaşması öz üzərinə götürüb.