Almaniya iqtisadiyyat naziri səhnədən yıxıldı

Almaniya iqtisadiyyat naziri səhnədən yıxıldı backend

Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer Dortmund konfransdakı çıxışından sonra səhnədən yıxılıb

Azərbaycan24 xəbər verir ki, Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer Dortmund şəhərində rəqəmsal texnologiya mövzusunda konfransda çıxış etdikdən sonra büdrəyərək səhnədən aşağı yıxılıb.

Nazir dərhal xəstəxanaya çatdırılıb.

Yerə yıxıldıqdan sonra nazir özü sərbəst ayağa qalxa bilməyib, onu müayinə etmək üçün həkimlər çağrılıb, konfrans iştirakçılarından isə zalı tərk etmələri xahiş olunub. Nazirin aldığı xəsarətlərin xarakteri barədə məlumat verilməyib.

Hazırda nazirin huşu yerindədir.

Qaziler.az Türkiyə mətbuatına istinadən nazirin 2 metr hündürlükdə olan səhnədən yıxılmasının videogörüntüsünü təqdim edir: