Rusiyanın Sofiyadakı səfirliyindəki diplomatlardan biri Bolqarıstandan deportasiya edilib.
Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Baş Prokurorluğu məlumat yayıb.Adı açıqlanmayan diplomatın Bolqarıstan barədə gizli məlumat topladığı və onun dövlət sirrini ifşa etdiyi iddia olunub.
Bildirilir ki, diplomat son bir il ərzində Bolqarıstanda hökumət rəsmiləri ilə mütəmadi görüşlər keçirib.