Roma Papası Fransis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Allahdan bütün insanlara firavan gələcək və mərhəmət diləyirəm.
Sizinlə görüşümüzü məmnunluqla xatırlayır, Azərbaycan xalqına, Zati-alinizə və hökumətinizə əmin-amanlıq arzu edirəm".