Bu gün Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
APA-nın Azərbaycanın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iclasda iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov quruma üzv olan ölkələrin müdafiə nazirləri ilə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edib.