UFC üzrə keçmiş çempion Konor Makqreqor etiraf edib ki, Rusiya prezidentə Vladimir Putinə Proper 12 markalı viski hədiyyə edib.
Qol.az xəbər verir ki, o deyib: “Bu viskinin ilk şüşəsini Putinə hədiyyə etdim. İkincisi isə mənimdir. Əminəm ki, viski Putinin xoşuna gəlib. Təəssüf ki, bunu onun özündən dəqiqləşdirə bilməmişəm. Amma inanıram ki, prezident həmin viskidən içib” .Qeyd edək ki, bir müddət əvvəl Makqreqor “Proper 12” adlı viskini Rusiyada satışa çıxarıb.