Əcnəbi hərbçilər Suriyanı tərk etməldir - Peskov

Əcnəbi hərbçilər Suriyanı tərk etməldir - Peskov backend

Suriyada yalnız legitim şəkildə mövcud olan Rusiya hərbçiləridir, digər bütün əcnəbi hərbçilər ölkəni tərk etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“ABŞ hərbçilərinin Suriyada varlığı məsələsinə toxunsaq, o zaman bildirim ki, bizim mövqeyimiz yaxşı məlumdur: Suriyada legitim şəkildə mövcud olan sadəcə Rusiya hərbçiləridir, çünki məhz Suriya rəhbərliyi tərəfindən dəvət edilib”, - Peskov bildirib.