Şəhid övladından əsgərləri duyğulandıran MƏKTUB: Siz şəhid olmayın...

Şəhid övladından əsgərləri duyğulandıran MƏKTUB: Siz şəhid olmayın... backend

Şəhid övladı olan bir məktəblinin türk əsgərinə göndərdiyi məktub hamını göz yaşlarına boğub

Yusif Erin adlı şəhidin 3-cü sinifdə oxuyan övladı türk əsgərinə: "Mənim atam şəhid olub, amma siz şəhid olmayın, savaşı qazanın, atamın intiqamını alın. Sizə dua edirik"- deyə yazıb...

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyi "Barış pınarı" hərəkatında xidmət edən türk əsgərlərinə yazılan məktubları: "Məktublarıyla qəhrəman əsgərlərimizi tək buraxmayan başda kiçik yaşlı məktəblilərimiz olmaqla uca millətimizə sayğı, sevgi və şükranlarımızı göndəririk"- mesajı ilə paylaşıb.