ABŞ-ın sabiq prezidenti kiçik Ceyms Erl Karter Corciya ştatındakı evində yıxılaraq çanaq sümüyünü sındırdığına görə xəstəxanaya yerləşdirilib
Qaziler.az bildirir ki, bu barədə CNN telekanalı məlumat verib.Karterin nümayəndəsinin jurnalistlərə bildirdiyinə görə, ABŞ-ın 95 yaşlı keçmiş dövlət başçısı yaxşı əhval-ruhiyyədədir və evə qayıtmağını səbirsizliklə gözləyir.
Amerika prezidentləri arasında ən uzunömürlü olan Karter il ərzində ikinci dəfədir ki, bu vəziyyətə düşür: bu ilin may ayında o bud sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilmişdi.
1977-ci ildən 1981-ci ilə qədər Amerika prezidenti postunu tutan və sayca ölkənin 39-cu ölkə başçısı olan Karter bir neçə il beyin xərçəngindən uğurla nəticələnən müalicə alıb.