Pentaqon rəhbəri Mark Esper ölkəsinin Suriyada İŞİD-ə qarşı mübarizəsini davam etdirəcəyini istisna etməyib.
Axar.az xəbər verir ki, o, terrorçulara qarşı əməliyyatların hərbi hava qüvvələrinin iştirakı ilə aparılacağını qeyd edib.“Biz İŞİD-ə qarşı mübarizəni davam etdiririk. Hərbçilərimiz Suriyanı tərk etsə belə, mübarizəyə aviadəstək göstərəcəyik”, - deyə Esper bildirib.