Rusiyanın Sankt-Peterburq şəhərində iki gənc qız bıçaqlanıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, çoxsaylı bıçaq zərbələri alan qızlardan birinin həyatını xilas etmək mümkün olmayıb.Sağ qalan digər gəncin anası cinayəti qızın keçmiş sevgilisi tərəfindən törədildiyini bildirib. Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. Onun cinayəti qısqanclıq zəminində törətdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.