QAZİLƏR saytı Lenta.ru-ya istinadla xəbər verir ki, İndoneziyada göyərtəsində 197 sərnişin olan Taruna-Makmur gəmi-bərəsi yoxa çıxıb.
Güman edilir ki, faciə İndoneziyanın Şərqi Kalimantan əyalətinin sahillərində baş verib.Bərə Cənubi Sulavesi əyalətindən Pare-Pare -Tancunq istiqamətində yola düşüb.
Axtarış əməliyyatları bütün gecə aparılıb. Xilasedicilər Senqatın hərbi bazası ilə əlaqə saxlasalar da bərə barədə heç bir məlumata rast gəlinməyiib.