Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşündə müzakirə olunan məsələlər açıqlanıb.
APA-nın xəbərinə görə, Mayk Pens görüşdə müzakirə və qəbul edilən qərarları açıqlayıb. Tərəflər PYD-nin təhlükəsiz bölgəyə daşınması üçün Türkiyənin hərbi əməliyyatları bir müddət dayandırmasına qərar verib.ABŞ prezidenti də şəxsi "Twitter" hesanda Ərdoğana təşəkkür edib və "Türkiyədən gözəl xəbərlər var, milyonlarla həyat xilas olunacaq", - deyə yazıb.