PKK sıralarından 600-dən artıq terrorçu qaçıb

PKK sıralarından 600-dən artıq terrorçu qaçıb backend

Suriyanın Rakka və Tabqa bölgələrində terrorçu PKK/YPG-PYD qruplaşmasının zor tətbiqi ilə silahlandırdığı 600 yaxın silahlı terrorçuların sıralarından qaçıb.

“Report” “Thmhaberə istindən xəbər verir ki, 40-dan artıq terrorçu Türkiyə Silahlı Qüvvələrinə təslim olub.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.