Qroznıda İşgəncələr Əleyhinə Komitənin ofisinə hücum olub

Qroznıda İşgəncələr Əleyhinə Komitənin ofisinə hücum olub backend

İyunun 3-də 200-ə yaxın adam hüquq müdafiəçilərinin Qroznının Roza Lüksemburq küçəsindəki ofisinin qarşısına toplaşıb. QAZİLER.AZ Rusiya KİV-nə istinadən xəbər verir ki, bundan sonra bir neçə maskalı şəxs dəyənəklə hüquq müdafiəçilərinin avtomobilinə vuraraq ofisin qapısını sındırıblar. Ancaq polis hücum edənlərə müdaxilə etməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, İşgəncələr Əleyhinə Komitənin ofisinə hücumla bağlı dövlət başçısı Vladimir Putinə məruzə ediləcək.
Diaspora