Polşa hökümətinin təyyarəsi Varşava aeroportundan uça bilmədi. QAZİLER.AZ bu barədə Ria Novostiyə istinadla xəbər yayıb. Təyyarədə Polşa seyminin spikeri Radoslav Sikorskiy, Parlamentin aşağı palatasının vitse-spikerləri, məsləhətçilər və seymın mütəxəssisləri olub. Təyyarə Varşavada uçuş xəttini keçib, lakin havaya qalxa bilməyib.
QAZİLER.AZ qeyd edir ki, həmin təyyarə ilə Polşa parlamentinin nümayəndə heyəti Çexiyaya rəsmi səfərə gedirmiş. Qəzanın səbəbləri araşdırılır.İlkin məlumata görə, uçuş zamanı pilot elektron naviqasiyasında səhv aşkar edib.
Təyyarədə sərnişinlərdən heç biri kəskin tormoz zamanı xəsarət almayıb.
QAZİLER.AZ - Aydan Əlizamanlı