Türk Silahlı Qüvvələri və Suriya Milli Ordusu terror təşkilatı PKK/YPG işgalındakı Minbiçə doğru irəliləyir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türk Silahlı Qüvvələrinin Fərat çayının sağ sahilini terrorçulardan təmizləmək üçün başlatdığı Barış Pınarı əməliyyatının gedişində Tel Abyad və Resulaynda nəzarətin ələ keçirilməsinin ardından Suriya Milli Ordusu Minbiç üçün əməliyyata başladığını açıqlayıb.Sərhəddə əməliyyat üçün hazır vəziyyətə gətirilərək gözləyən Türkiyə tankları, zirehli maşınlar və SMO birliklərinin yer aldığı ağır silahlı hərbi maşınlar Minbiçə doğru hərəkətə keçib.
Sərhəddi keçən Türk Silahlı Qüvvələri və Suriya Milli Ordusu Minbiçin mərkəzinə yaxınlaşıb. Bölgədə atışma səsləri gəlir.