Ərdoğanın ailəsini təhdid edirlər

Ərdoğanın ailəsini təhdid edirlər backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsi təhdid olunur. QAZİLƏR saytı xəbər verir ki, bu barədə Ərdoğan ötən gün Bursa vilayətində çıxışı zamanı danışıb. Ərdoğan qeyd edib ki, siyasi arenada ona güc gələ bilməyən qüvvələr, Türkiyənin böyüməsindən və inkişaf etməsindən narahat olan insanlar indi də şəxsi zəmində hədə-qorxuya ələ atırlar.

“Özümü, ailəmi təhdid etməyə başlayıblar. Son günlərdə vəziyyət belədir. Hesab edirlər ki, bizi təhdid etməklə, nəyəsə, nail ola biləcəklər. Bursadan sizə səslənirəm. Allahın bizə vermiş olduğu bu canı Allahdan başqa heç kim ala bilməz. Bu sizin rəzilliyinizdir. Ortaya çıxıbdır. Ən böyük məharətləri budur. Öz ölkəsinə qarşı bu cür düşmənlik edən, ölkəsinə zərər verməyə çalışan bir qrup xalq, hüquq, demokratiya və insan haqlarından necə bəhs edə bilər?!”
Diaspora