Qarabağ qazilərindən Türkiyəyə DƏSTƏK – YANINIZDAYIQ!

Qarabağ qazilərindən Türkiyəyə DƏSTƏK – YANINIZDAYIQ! backend

Hazırda bütün dünyanın diqqəti Türkiyə ordusunun Suriya ərazisində keçirdiyi antiterror əməliyyatına yönəlib. Azərbaycanda da bu əməliyyatın gedişini həyəcanla izləyirlər.

QAZİLER.AZ saytı xəbər verir ki, “Qarabağ qaziləri”, “Qarabağ Əlillərinə Qayğı” ictimai birlikləri, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf” Fondu bununla bağlı birgə açıqlama yayıb. Açıqlamada deyilir:

“Qardaş Türkiyəmizin həyata keçirdiyi bu antiterror əməliyyatını dəstəkləyirik. Bu, Türkiyənin, eləcə də region dövlətləri üçün təhlükəsizlik məsələsidir. Azərbaycan da erməni terroruna məruz qaldığından Türkiyənin yaşadıqlarını və yöndə atdığı addımları çox yaxşı anlayırıq. Ona görə də özümüzə borc bildik ki, Türkiyə ordusunun Suriya ərazisində keçirdiyi antiterror əməliyyatını dəstəkləyək! Biz, Azərbaycan qaziləri də bu müqəddəs savaşda Türkiyəmizin yanındayıq. Əməliyyatlar başlayandan bəri türk ordusunun sıralarında terrora qarşı döyüşməyə hazır olduqlarını bildirən yüzlərlə Qarabağ qazisi bizə müraciət edib. İnşallah, həmişə olduğu kimi, bu dəfə də Türk ordusu əməliyyatları qələbə ilə başa vuracaq. Ehtiyac duyularsa biz Azərbaycan Qaziləri də türkiyəli qardaşlarımızla çiyin-çiyinə döyüşməyə hazırıq. Allah Türk ordusuna, Türkiyəmizə kömək olsun! Amin!”

QAZİLER.AZ