İŞİD İraqın Samirə şəhərində terror aktı törədib, ölənlərin hamısı türkmənlərdir. QAZİLER.AZ APA TV-yə istinadla bildirir ki, İŞİD-lə döyüşmək üçün federal polis təşkilatına bağlı telaferli polisləri hədəfə alan bomba yüklü tankın istifadə olunduğu terror hücumunda 50-dən çox türkmən ölüb, 100-ə yaxını yaralıdır.
Terror qurbanı olan türkmənlərə Kərbəlada cənazə mərasimi təşkil olunub və onlar dəfn ediliblər. İraq-Türkmən Cəbhəsinin Telafer üzrə rəhbəri Qasım Qara türkmənlərin də digər millətlər kimi terrora qarşı mübarizə apardığını bildirib.Əl-Əhrar üzvü Fevzi Əkrəm Tərzioğlu Telafer türkmənlərinin İraqın müxtəlif yerlərində terrorçulara qarşı mübarizəyə dəstək verdiyini vurğulayıb.