Bu gün türk qırıcıları YPG mövqelərini ilk dəfə bombalayan zaman canlı yayımda olan CNN TÜRK müxbiri həyəcanına hakim ola bilməyib
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Barış pınarı" adı verdiyi, Suriyanın şimal-şərqində həyata keçirilən əməliyyatda bu gün ilk olaraq türk qırıcıları havaya qalxıb.Türk əsgərinin YPG mövqelərini bombaladığına bütün Türkiyə, eləcə də dünya CNN Türk müxbirinin canlı yayımından şahid oldu. CNN müxbirinin bombalama başlayarkən havaya tullanması əməliyyatın nə qədər sərt olduğunu göstərdi.