Meksikanın Akapulko şəhərində polis krematoridə 61 nəfərin meyitini aşkarlayıb. Tərk edilmiş vəziyyətdə tapılan meyitlərin heç biri yandırılmayıb və onların necə və hansı şəraitdə öldüyü də məlum deyil. Polis faktla bağlı istintaq araşdırması başladıb.
Aşkarlanan zaman meyitlərdə artıq çürümə prosesi gedirmiş. Yerli sakinləri ətrafa yayılan iylə əlaqədar şikayəti əsasında polis meyitlər barədə xəbər tutub.Meyitlərin bir müddət əvvəl İquala şəhərində itkin düşən 43 tələbəyə aid olması ehtimalları da istisna edilmir. Prokuror Migel Angel Qodinez cinayətdə mütəşəkkil qrupunun əli olduğunu açıqlayıb.
Tələbələrin polis tərəfindən saxlanıldıqdan sonra narkotik satıcılarına təhvil verildiyi, daha sonra isə, öldürüldüyü ehtimal olunur. Faktla bağlı aparılan istintaq zamanı İquala şəhər merinin də cinayətdə əli olduğu ortaya çıxmışdı.