Türkiyə Suriyada hərbi əməliyyata başladı

Türkiyə Suriyada hərbi əməliyyata başladı backend

Türk Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalındakı PKK / YPG və “İŞİD” terror qruplaşmalarına qarşı “Barış pınarı” adlandırılan əməliyyata başlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Tvitter” səhifəsində yazıb.

Türkiyə lideri bəyan edib ki, məqsəd cənub sərhədlərində qurulmağa cəhd göstərilən terror dəhlizini məhv etmək və bölgəyə sülh, əmin-amanlıq gətirməkdir.