Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Suriyanın şimal-şərqindən əsgərlərini çəkəcəyi planları ilə bağlı əvvəlcədən məlumat vermədiyini bildirərək Moskvanın bundan xəbəri olmadığını söyləyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp Suriyanın şimalında Türkiyənin əməliyyat keçirmək üçün ehtimal edilən bölgədə olan 50 ABŞ əsgərinin dünən oradan çıxardığını bildirmişdi. ABŞ-ın bununla bağlı Rusiyaya bilgi verib-vermədiyi sorğusuna Peskov: “Xeyr, kimsə məlumat vermədi. Oradan hansı əsgərlərin çəkildiyini, saylarının nə qədər olduğunu, həqiqətən çəkilib-çəkilmədiyini hələlik bilmirik. Bildiyiniz kimi, dünyanın müxtəlif bölgələrindən əsgərlərin çəkildiyinə dair doğrulmamış məlumatlar gəlir. bu səbəbdən bölgədəki vəziyyəti çox diqqətli şəkildə təqib edirik“ - cavabını verdi.Peskov Rusiya dövlət başçısı Vladimir Putinin Suriyada yaşananlar haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampla təmasa girmədiyini də vurğuladı.