ABŞ hərbi birliyi geri çəkdi - Türkiyəyə görə

ABŞ hərbi birliyi geri çəkdi - Türkiyəyə görə backend

Müəyyən bir regionda birliyimizi geri çəkdik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Müdafiə naziri Mark Esper çıxış edib.

Türkiyənin Suriyanın şimalına mümkün əməliyyatı ilə bağlı hərbi birliyi geri çəkdiklərini deyən Esper müəyyən bir bölgədə ABŞ-la Türkiyənin razılaşdığını və bunu təhlükəsizlik mexanizmi kimi səciyyələndirdiklərini qeyd edib.

Esper razılaşdırılan bölgənin Tel-Abyad və Eyn əl-İsa olduğunu bəyan edib.