QAZİLER.AZ Ria Novostiyə istinadla bildirir ki, Cənubi Koreyada Mers virusunun yayılması səbəbindən 200-dən çox məktəb bağlanıb. Məktəblərdən 209 –u bağlanıb. Bu ölkədə mövcud olan 20.000 məktəbdən 1%-i deməkdir. Yaxın Şərq tənəffüs sindromu olan coronavirusun(BVRS Cove / MERS) yayılmasının qarşısını almaq üçün Cənubi Koreyada 200-dən çox məktəb bağlanıb,- deyə təhsil naziri Y.Hwang bildirib. Çərşənbə günü xəstəlik riskli olan insanlara karantin tövsiyə olunub və məlum olub ki, onların sayı 1300 nəfərə çatıb.
Həkimlər coronavirus xəstəliyinə yoluxmuş insanların sayının isə 398 olduğuna şübhələnirlər.İndi Cənubi Koreyada Yaxın Şərq Respirator Sindromuna tutulanların (BVRS Cove / MERS) 30 nəfər olduğu aşkar olunub.Onlardan üç əsas yoluxmuş xəstələri bir birinə xəstəliyi ötürüblər.Onlar ilk MERS virusuna yoluxan xəstə palata qonşuları idi. Həkimlər xəstəliyin yayılmasından qorxurlar.
Bazar ertəsi, Cənubi Koreya Yaxın Şərq tənəffüs sindromu coronavirusun (BVRS Cove / MERS) yoluxması nəticəsində iki nəfər həlak olub.
Bazar ertəsi, Cənubi Koreya höküməti müvəqqəti olaraq MERS virusuna yoluxan insanlar ilə birbaşa əlaqə yaradanlara ölkəni tərk etmək qadağası elan edib.
Bu böyük riskə ən çox zəifləmiş immun sistemi, xroniki ağciyər xəstəliyi, şəkərli diabet və böyrək çatışmazlığı olan insanlar tutula bilər. Ümumdünya Səhiyyə Təşkilatının rəyinə(ÜST) görə dünyada iyunun 1-nə xəstəliyə tutulanlardan 1154 nəfərindən 431 nəfəri həlak olub.
QAZİLER.AZ -Aydan Əlizamanlı