Belçikalı deputat keçmiş “Flamand Maraqları” partiyasının sədri Filipp Devinter müsəlmanların müqəddəs kitabı Qurani Kərimi təhqir edib. Qaziler.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, hadisə Belçika parlamentinin “Məscilər və radikallaşma” mövzulu plenar iclasında baş verib. Daxili işlər naziri Yan Janbona sual vermk üçün parlament kürsüsünə çıxan Devinter əlindəki Quranı havaya qaldırıb və müqəddəs kitab üçün, “bütün pis şeylərin mənbəyi” – deyib.
Öldürmək üçün iznin Quranda verildiyini deyən Devinter, Belçikanın məscidləri maliyyələşdirərək xaricdən gələn din xadimlərinə vəzifə verməməli olduğunu deyib.Daxili işlər naziri Janbon onun sözlərinə kəskin etiraz edib.
“Bu ölkədə bir çox insanın böyük hörmət göstərdiyi və hətta müqəddəs saydığı kitabı havaya qaldırıb yellədirsiniz və bütün cəmiyyəti təhqir edirsiniz”.
Belçikada müsəlmanlar arasında radikal qruplar olduğunu və onlarla birlikdə mübarizə aparmaq istədiklərini deyən Yan Janbon Devinterin İslam barədə dediklərini qəbul etməyin mümkün olmadığını qeyd edib.