Türkiyənin İzçir şəhərində ərinin sevgilisi Cansu Koşakı tapança ilə yaralayan Nebahat Eroğlu 9 il 8 ay həbs cəzasına məhkum edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Eroğlu məhkəmənin verdiyi qərardan sonra ərinə və Cansu Koşaka dönərək: "Bu cəza hədiyyəm olsun" -deyib.İzmirin Ödemiş rayonunda yaşayan 2 uşaq anası, 29 yaşlı Nebahat Eroğlu əri Bülent Eroğlu ilə yaşadığı münasibətdən övlad dünyaya gətirən 22 yaşlı Cansu Koşakın evinə gedərək yanında apardığı tapançadan ona 3 dəfə atəş açaraq qaçıb.
3 güllə yarası alan qadın xəstəxanaya çatdırılıb və həkimlər onun həyatını xilas edə biliblər.
Nebahat Eroğlu qısa zamanda tutularaq istintaqa təhvil verilib.
9 il 8 ay azadlıqdan məhrum edilən qadın məhkəmə qərarını dinlədikdən sonra üzünü ərinə və onun sevgilisinə tutaraq: "Bu cəza sizə hədiyyəm olsun" deyib.