“Ebola“ virusundan ölənlərin sayı 9 mini keçib

“Ebola“ virusundan ölənlərin sayı 9 mini keçib backend

Qərbi Afrikada yayılmış “Ebola” virusundan ölənlərin sayı 9 004 nəfərə çatıb.

QAZİLƏR saytı İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) daha 22 525 nəfərin bu xəstəliyə yoluxduğu bildirilib.

Cəmi 1 gün ərzində üç Qərbi Afrika ölkəsində – Syerra-Leone, Liberiya və Qvineyada 25 nəfər ölüb, 38 nəfər isə ölümcül virusa yoluxub.

Ümumilikdə Liberiyada 8745 yoluxma və 3746 ölüm halı qeydə alınıb. Syerra-Leonedə xəstəliyə 10 792 yoluxub, 3301 nəfər ölüb, Qvineyada 2988 nəfər xəstələnib, 1957 nəfər həyatını itirib.
Diaspora