ABŞ Konqresi Kubada səfirliyin açılmasını istəmir

ABŞ Konqresi Kubada səfirliyin açılmasını istəmir backend

Havanada ABŞ səfirliyinin açılması üçün vəsaitlərin ayrılmasına qadağa qoyan “Maliyyələşdirmələr haqqında” qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim olunub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, sənədə əsasən, Vaşinqton Kubada diplomatik iştirakının gücləndirilməsinə ayıracaq vəsait ötən ilin dekabrın 17-dək davam etmiş göstəricidən çox olmamalıdır. Qeyd edək ki, məhz dekabrın 17-də ABŞ prezidenti Barak Obama Kuba ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bəyan etmişdi.

Layihə müəllifləri həmçinin Havananın ABŞ-da səfirlik açmaq planının Vaşinqton tərəfindən maliyyələşdirməsinə qarşı da çıxış edib.

Bundan başqa onlar Dövlət Departamentinə kubalı hərbçilərə və Kommunist partiyasının üzvlərinə viza verilməsini qadağa qoyur.
Diaspora