Ermənistanda hərbçilər qəzaya düşdülər: 1 ölü, 14 yaralı

Ermənistanda hərbçilər qəzaya düşdülər: 1 ölü, 14 yaralı backend

Ermənistanda hərbi avtomobillərin iştirakı ilə baş verən yol qəzasında ölən və yaralananlar var.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən axşam saat 19:30 radələrində Talin-Areni yolunda qeydə alınan qəza zamanı 3 “Kamaz” və “ZİL” avtomobilləri “PAZ” markalı avtobusla toqquşub. Hadisə zamanı “PAZ”ın sürücüsü Akop Akopyan (1958-ci il) hadisə yerində keçinib, 14 sərnişin isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı yaralananların bir qisminin vəziyyəti ağır hesab olunur.
Diaspora