Vəliəhd Məhəmməd bin Salman Qaşıqçı cinayətindəki məsuliyyətini qəbul edib

Vəliəhd Məhəmməd bin Salman Qaşıqçı cinayətindəki məsuliyyətini qəbul edib backend

“Bu hadisə mənim cavabdehliyim altında oldu”

Səudiyyə Ərəbistanınım vəliəhdi, şahzadə Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülməsi ilə bağlı danışıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, şahzadə bin Salman Amerikanın PBS televiziya kanalının "Frontline" xəbər proqramının aparıcısı, jurnalist Martin Smitə 2018-ci ilin dekabr ayında ər-Riyadda keçirilən yarışma zamanı Qaşıqçı cinayəti ilə bağlı açıqlama verib. Bu açıqlamalar 1 dekabrda yayımlanacaq verilişin reklam çarxında yer alıb.

Çarxda bin Salmanın Qaşıqçı cinayəti ilə bağlı suallara ilk dəfə bir müsahibədə cavab verib. Vəliəhd şahzadənin qəzetçi Smit ilə dialoqundan hissələr bin Salmanın görüntüsü və səsi istifadə edilmədən ekrana verilib.

Smit bildirir ki, ondan Qaşıqçı cinayətindəki rolu barədə soruşduğu zaman bin Salman ona deyib: “Bu hadisə mənim məsuliyyətim altında baş verdi. Bütün məsuliyyəti öz üzərimə götürürəm, çünki mənim məsuliyyətim altında oldu”.
Smitin "Sizin məlumatınız olmadan necə belə bir şey baş verə bilər” sualına cavabda isə bin Salman “Səudiyyə Ərəbistanında 20 milyon insan yaşayır. 3 milyon nəfər dövlət işçisi var” deyə cavab verib.

Smit bin Salmana “Bəs onlar sizin təyyarələrdən birini ala bilərlərmi?” sualını verib və sonuncu cavabda “İşlərimi izləyən, işlərimi həvalə etdiyim səlahiyyətlilər, nazirlər var. Bu, onların səlahiyyətləri daxilindədir. Onların bunu etmək səlahiyyəti var” cavabını verib.

Musavat.com xatırladır ki, səudiyyəli qəzetçi Qaşıqçı evlilik prosedurları üçün 2 dekabr 2018-ci ildə getdiyi Səudiyyə Ərəbistanın İstanbul baş konsulluğunda öldürülmüşdü.

BMT İnsan Haqları Ali Komissarlığı tərəfindən iyun ayında açıqlanan 101 səhifəlik sənəddə Səudiyyə Ərəbistan hakimiyyəti Camal Qaşıqçını qəsdən və planlaşdırılmış şəkildə öldürməkdə ittiham etmişdi. Sənəddə eyni zamanda bildirilmişdi ki, aralarında Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın da adının olduğu üst səviyyə təmsilçiləri barədə etibarlı sübutlar var.